Qlobal investisiya bankı "Goldman Sachs"ın analitikləri hal-hazırda 6 ilin ən yüksək səviyyəsinə (unsiyası 1500 dollara) yüksələn qızılın qiymətinin yüksəlməkdə davam edəcəyini nəzərdə tuturlar.
"Qızıldakı "ralli" hələ başlanğıcdır", - analitiklər bildiriblər.
Bankın mütəxəssisləri qlobal iqtisadiyyatda pisləşmə, ABŞ ilə Çin arasında artan ticarət gərginliyi kimi faktorlarla investorların "etibarlı liman" axtarışında olacağını, bu səbəbdən qızılın unsiyasının qarşıdakı 6 ayda 1600 dollara yüksələcəyini təxmin edirlər.
"Goldman Sachs" qızılın unsiyası üçün 3 aylıq qiymət təxminini 1.450 dollardan 1.575 dollara qaldırıb.
Marja