12 il boyunca heç bir ili dəyər itkisilə başa vurmayan və 2013-cü ilə 1675,30 dollar səviyyəsindən başlayan qızılın unsiya qiyməti ötən il ərzində enərək ili 1205,88 dollardan bağlamışdı. 2014-cü ilin əvvəlindən etibarən cüzi yüksəlməyə başlayan qızılın qiyməti yenidən geriləyərək 1200 dollaradək düşüb.
Qızıl qiymətindəki proqnozlarla bağlı sualları cavablandıran beynəlxalq maliyyə və sərmayə mütəxəssisi Jim Rogers, “Böyük bir müharibə ya da çox qəribə bir şey olmadıqca 2014-cü ildə yeni bir yüksəliş görməyəcəyik. Buna görə, bu il və ya gələn il böyük bir satın alma fürsəti ola bilər" - deyib. Rogers, qızıl bazarına təsir edən faktorları "Hindli siyasətçilər, qızıl bazarının 12 ildir eniş göstərməyən fövqəladə optimistliyi, çox saylı spekulyator" kimi sıralayıb.
O, "Qızıl alışına dair 2014-cü ildə daha aşağı qiymətləri görəcəyimizi və yeni bir alış fürsətini yaxalaya biləcəyimizi düşünürəm. Hal-hazırda qızıllarımı da satmıram. Bu il qızıl qiymətləri yüksəlsə belə qızıl almağı düşünərəm"- deyib .
Qızıl qiymətlərinin (unsiya/$) 12 illik görünüşü belədir:
Ən yüksək Ən aşağı Bağlanış
2001 298,50 254,00 278,95
2002 354,33 277,05 348,05
2003 417,75 319,34 414,74
2004 456,85 371,45 438,25
2005 541,30 410,45 517,23
2006 730,60 512,87 636,49
2007 845,88 601,93 833,66
2008 1.032,85 682,02 881,69
2009 1.226,68 801,98 1.096,75
2010 1.431,30 1.044,52 1.421,40
2011 1.921,15 1.308,13 1.564,30
2012 1.796,05 1.527,22 1.675,30
2013 1.696,63 1.180,60 1.205,88