Dünya bazarında qızılın qiyməti yenidən azalmağa başlayıb.
Bu gün bir hərrac üzrə qiymətli metal 0,1% dəyər itirərək 1733,9 ABŞ dollarından satılıb.
Gündəlik ucuzlaşma isə 1,1%-ə çatıb. Halbuki çərşənbə axşamı keçirilən hərraclarda qızıl əvvəlki günə nisbətən 0,5% bahalaşmışdı. “Zaner Metals” mərkəzinin ekspertləri əks prosesə səbəb kimi investorların qiymətli kağızlar bazarına marağının artmasını, əvəzində qiymətli metallara tələbatının azalmasını göstərib.
report.az
Bizi sosial şəbəkələrdən izləyin!!