Qızıl yenidən bahalaşmağa başlayıb | Banco.az

Qızıl yenidən bahalaşmağa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızılın qiyməti bahalaşmağa başlayıb.

Banco.az xəbər verir ki, mart ayından bəri müşahidə olunan ən aşağı səviyyəyə qədər ucuzlaşan qızıl FED-in gələcək faiz artımı ilə bağlı proqnozlarını yumşaltması fonunda yenidən bahalaşıb.

Hazırda spot bazarda qızılın bir unsiyası 1945 dollara satılır.

Qeyd edək ki, bazar proqnozları ABŞ-da faiz dərəcələrinin bir az daha artırılacağı istiqamətində olsa da, bu vəziyyətin faizsiz qazanc mənbəyi sayılan qızıla mənfi təsir göstərəcəyi qiymətləndirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram