Qızıl yenə bahalaşdı | Banco.az

Qızıl yenə bahalaşdı

Son günlər “Johnson & Johnson” şirkətinin koronavirus dərmanının sınaqlarını dayandırması barədə xəbərlərin də təsirilə qızıl bu günkü hərraclarda yenə bahalaşıb.

Bakı vaxtı ilə saat 9.27-də Nyu-Yorkun “Comex” birjasında qızılın noyabr fyüçersləri 0,19 faiz bahalaşaraq 1.898,2 ABŞ dollarından, gümüşün dekabr fyüçersləri isə 0,38 faiz bahalaşaraq 24,21 ABŞ dollarından satılıb.

Xatırladaq ki, ötən gün ABŞ-da iqtisadi dəstək tədbirlərinin təsdiqlənməsinə dair gözləntilərin təsirilə qızıl 1,7 faiz ucuzlaşmışdı. Bu gün isə əks-təsirlə yanaşı, "Johnson Johnson" şirkəti tərəfindən hazırlanmış koronavirus dərmanının sınaqlarını könüllülərdən birində naməlum xəstəlik aşkarlandığı üçün dayandırması xəbərləri də bahalaşmağa təkan verib.

Qeyd edək ki, dünya boyu koronavirusa yoluxmaların artması və adıçəkilən dərmanın sınaqlarının dayandırılması ən etibarlı aktiv kimi tanınan qızılın qiymətlərini artıran amildir.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et