Müəllif -Aida İsaq, Banco.az
Rusiya İmperatoru II Yekaterinaya məxsus qızıl möhürə Böyük Britaniyada keçirilən hərracda 28 min dollara yaxın məbləğ xərcləyən alıcısı tapılıb.
Banco.az xəbər verir ki, sözügedən möhürün 1780-ci illərə aid olduğu və ondan Rusiyanın imperator sarayında rəsmi möhür kimi istifadə olunduğu bildirilir. Möhürün üzərində şir və at təsvir edilib. Onun İngiltərəyə Londonda yaşayan Melliş tacir ailəsinin üzvü tərəfindən təhvil verildiyi güman edilir.
Qeyd edək ki, möhür 22,9 min funta (27,7 min dollar) satılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!