Bu ilin oktyabr ayında Azərbaycan 9,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 12 milyon ABŞ dolları və yaxud 2,3 dəfə azdır.
2020-ci ilin yanvar-oktyabr aylarında isə Azərbaycan 158,7 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 2019-cu ilin eyni dövrünə nisbətən 16,6 milyon ABŞ dolları və yaxud 11,7 % çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!