Müəllif: Tamara Mustafayeva, Banco.az
İnvestorların qiymət təzyiqlərindəki azalmalara yönəlməsi ilə qızıl iki ayın ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, qızıl FED-in faiz artımı dövrünün sona yaxınlaşdığına dair işarələrin də köməyilə iki ayın ən yüksək səviyyəsinə qədər bahalaşıb.
Spot bazarda qızılın bir unsiyası 1980 dollardan satılır.
Qeyd edək ki, ABŞ və Böyük Britaniyada qiymət təzyiqlərinin yumşaldılmasından sonra mərkəzi bankların monetar sərtləşdirməni nə qədər davam etdirməli olduqlarına dair yenidən qiymətləndirmələrin başlaması ilə spot qızıl 0,6 faiz bahalaşaraq mayın 17-dən bu yana ən yüksək gündaxili səviyyəyə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!