Qızıl ehtiyatlarına görə ölkələrin reytinqi açıqlanıb | Banco.az

Qızıl ehtiyatlarına görə ölkələrin reytinqi açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

2022-ci ilin ilk doqquz ayında Rusiya qızıl-valyuta ehtiyatlarına görə dünyanın ən böyük ölkələri arasında dördüncü yerə yüksəlib

Banco.az xəbər verir ki, cari ildə Rusiya reytinqdə bir pillə irəliləyərək Hindistanı qabaqlayıb. Belə ki, Moskvanın aktivləri Qərb tərəfindən dondurulanlar nəzərə alınmaqla 540 milyard dollar, Nyu Dehlinin aktivləri isə 532 milyard dollar təşkil edib.

Çin uzun illərdir ki, ardıcıl olaraq qızıl-valyuta ehtiyatlarına görə liderliyini qoruyur. Bu ilin sentyabr ayının sonunda adı çəkilən ölkənin aktivləri 3,193 trilyon dollar təşkil edib. İkinci yerdə 1,238 trilyon dollarla Yaponiya qərarlaşıb. 892 milyard dollarla İsveçrə üçüncü yerə sahiblənib.

Bundan başqa, reytinqlərə əsasən inkişaf etməkdə olan iqtisadiyyatların öz mövqelərini möhkəmləndirdiyi müşahidə olunur. Xüsusilə Səudiyyə Ərəbistanı Honq-Konq və Cənubi Koreyanı bir pillə qabaqlayaraq altıncı yerə yüksəlib. Braziliya isə Sinqapuru üstələyərək 9-cu pilləyə yüksəlib. Almaniya 11-ci,, Fransa isə 13-cü, İtaliya isə üçüncü yerdə qərarlaşıb. Meksika eyni vaxtda üç pillə irəliləyərək 15-ci, Tailand isə əksinə, 13-cü pillədən 16-cı yerə düşüb. Böyük Britaniya iki pillə geriləyərək 17-ci, İsrail və Çexiya isə müvafiq olaraq 19 və 20-ci, Polşa isə 19-cu yerə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

G20-də qızıl-valyuta ehtiyatlarına görə İndoneziya (21), Türkiyə (22), Kanada (24), Cənubi Afrika (31), Avstraliya (34) və Argentina (40) ilk 50-likdədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et