Dünya Qızıl Şurası qızıl ehtiyatlarının həcminə görə, ölkələrin reytinqini hazırlayıb. 2017-ci il yanvarın 1-nə ən şox qızıl ehtiyatına sahib olan ölkə ABŞ olub və onun ehtiyatları 8 133,5 ton təşkil edib. İkinci sırada 3 377,9 ton qızıl ehtiyatı ilə Almaniya yer alıb. İlk 5-likdə müvafiq olaraq İtalya (2 451,8 ton), Fransa (2 435,8 ton) və Çin (1 842,6 ton) qərarlaşıb. Digər ölkələrin siyahısı isə aşağıdakı cədvəldə göstərilib:
Ölkələr |
Ehtiyatlar (ton) |
Rusiya |
1 615,2 |
İsveçrə |
1 040 |
Yaponiya |
765,2 |
Hollandiya |
612,5 |
Hindistan |
557,8 |
Türkiyə |
396,5 |
Portuqaliya |
382,5 |
S.Ərəbistanı |
322,9 |
İngiltərə |
310,3 |
Livan |
286,8 |
İspaniya |
281,6 |
Avstriya |
280 |
Qazaxıstan |
254,7 |
Belçika |
227,4 |
Filippin |
196,3 |
Venesuela |
188,9 |
Əlcəzair |
173,6 |
Tayland |
152,4 |
Sinqapur |
127,4 |
İsveçrə |
125,7 |
C.Afrika |
125,3 |
Meksika |
120,6 |
Liviya |
116,6 |
Yunanıstan |
112,8 |
Koreya |
104,4 |
Xatırladaq ki, Azərbaycanın qızıl ehtiyatları 30,17 ton təşkil edir və ehtiyatların həcminə görə sıralamada ilk 50 ölkə arasında yer almayıb.
2017-ci il qızıl bazarının perspektivləri barədə fikirlərini açıqlayan ABŞ-ın "Standard Chartered" bankının qiymətli metallar üzrə analitiki Suki Kooperə görə, bu il Çin və Hindistanda qızıla tələbatın zəifləməsi və ABŞ-da uçot dərəcəsinin artırılması fonunda qızılın qiymətində azalma gözlənilir. Amma qızıl yalnız bu tip amillərdən asılı deyil. "Brexit"in fəsadları, D.Trampın makroiqtisadi siyasətinin qeyri-müəyyənliyi, müxtəlif geosiyasi risklər risksiz maliyyə aləti sayılan qızıla tələbatı canlandıra bilər.
©Report