Qızıl cüzi ucuzlaşıb | Banco.az

Qızıl cüzi ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızıl investorlarının diqqəti FED sədri Cerom Pauellin Nümayəndələr Palatasındakı çıxışına yönəlib.

Banco.az xəbər verir ki, qızılın qiyməti çərşənbə axşamı günü 0,7 faiz ucuzlaşdıqdan sonra FED sədri Cerom Pauellin mərkəzi bankın faiz strategiyası ilə bağlı siqnalların veriləcəyi çıxışından əvvəl stabilliyini saxlayır.

Hazırda spot bazarda qızılın bir unsiyası 1934 dollara satılır.

Qeyd edək ki, çıxışla bağlı ekspertlərin düşüncəsi Pauellin öz şahin mövqeyini qoruyacağı və ABŞ Federal Ehtiyat Sisteminin inflyasiya ilə mübarizə əzmini vurğulayacağıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram