Müəllif: Tamara Mustafayeva, Banco.az
Qızılın qiyməti bir qədər bahalaşıb.
Banco.az xəbər verir ki, investorların diqqəti bu gün açıqlanacaq ABŞ inflyasiya məlumatlarına və mərkəzi bankların faiz qərarlarının elan olunacağı pul siyasəti iclaslarına yönəldiyi əsnada qızıl, əsasən stabilliyini saxlayır.
Hazırda spot bazarda qızılın bir unsiyası 1963 dollara satılır.
Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyun iclası çərşənbə günü başa çatacaq və bu iclasda FED-in faiz artımını dayandıracağı gözlənilir. Bugün isə ABŞ-da maraqla gözlənilən inflyasiya nəticələri açıqlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!