Qızıl bir qədər bahalaşıb | Banco.az

Qızıl bir qədər bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızılın qiyməti bir qədər bahalaşıb.

Banco.az xəbər verir ki, qızıl investorlar tərəfindən FED-in protokollarında müşahidə olunan şahin mövqeli ismarışların dəyərləndirilməsi və cümə günü ABŞ-da dərc olunacaq kənd təsərrüfatından kənar məşğulluq göstəriciləri fonunda nisbətən stabilliyini saxlayır.

Hazırda spot bazarda qızılın bir unsiyası 1921 dollara satılır.

Qeyd edək ki, çərşənbə günü açıqlanan FED-in 13-14 iyun iclasının protokolları siyasətçilərin bu ay daha çox sərtləşdirməyə getməsi səbəbindən faiz artımlarını dayandırmaq qərarı ilə bağlı üzvlər arasında fikir ayrılığı olduğunu göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram