Amerika fond bazarında Dow Jones indeksi 0,16% - 18 169,68 bəndədək, S&P 500 0,30% - 2 133,04 bəndədək, NASDAQ 0,65% - 5 215,98 bəndədək azalıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,14% - 6 986,57 bəndədək, Almaniya DAX-ı 0,07% - 10 717,08 bəndədək bahalaşıb, Fransa CAC-40-ı isə 0,02% - 4 533,57 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 2,70 dollar bahalaşaraq 1 272,20 dollar, gümüş isə 0,04 dollar bahalaşaraq 17,68 dollara satılıb.
Mənbə: Apa.az