Beynəlxalq valyuta birjalarında çərşənbə günü dolların qiymətlərində zəifləyən bahalaşma dalğası, cümə axşamı ucuzlaşma ilə davam etdi.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin Amerika sessiyasında sürətlə ucuzlaşmağa başlaması, EUR/USD kimi önəmli məzənnələrin və qızıl qiymətinin dəyər qazanmasına səbəb olub.
Belə ki, EUR/USD məzənnəsi son iki ilin minimum səviyyəsini yenilədikdən sonra bahalaşmağa başlayıb və hazırda 1.1182$-a ticarət edilməkdədir. Məzənnənin 1.12-nin üzərində möhkəmlənə biləcəyi proqnozları da artmağa başlayıb.
Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1287$-a kimi 1%-dən çox bahalaşıb və 1278$-ın üzərində qaldıqca, bahalaşma 1290 və 1293$-a kimi davam edə bilər.
InvestAz