Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi işçi axtarır | Banco.az

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi işçi axtarır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinin korporativ maliyyə sektorunda sektor müdiri vəzifəsi üzrə vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edib. 

Banco.az "Report"a istinadən xəbər verir ki, müsahibədə iştirak etmək istəyənlər ərizənin, əmək kitabçasının, kadr uçotunun şəxsi vərəqəsinin surətini, bir ədəd ağ fonda foto şəkil və son bir ildə intizam tənbeh tədbirinin tətbiq edilməməsi barədə arayışı Komitəyə təqdim etməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu noyabrın 17-dək davam edəcək.

Vəzifə maaşı 620 manat olan sektor müdiri vəzifəsini tutmaq üçün namizədin minimum 3 illik iş stajı olmalıdır. 

Ən sərfəli krediti almaq üçün müraciət et