Qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb | Banco.az

Qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb

2018-ci ilin 9 ayı ərzində qiymətli kağızlar bazarında ümumilikdə 18 657.7 mln. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Əməliyyatların 57.2%-i (10 664.4 mln. manat) ilkin bazarda, 42.8%-i (7 993.3 mln. manat) isə təkrar bazarda aparılıb.                       

2018-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 47 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində aparılmış repo əməliyyatlarının həcmi 546 mln. manat (95%-i və ya 518 mln. manat dövlət qiymətli kağızları ilə) olub.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə ümumilikdə 12 269 mln. manat həcmində (141 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.  

2018-ci ilin 9 ayı üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.