Qiymətli kağızlar bazarında mart ayından bəri nə kimi dəyişikliklər baş verdi? ( 2018, II rüb) | Banco.az

Qiymətli kağızlar bazarında mart ayından bəri nə kimi dəyişikliklər baş verdi? ( 2018, II rüb)

2018-ci ilin ikinci rübündə qiymətli kağızlar bazarında birinci rübə nəzərən ciddi artım baş verdiyini deyə bilərik. Belə ki, keçən rüb əqdlərin məbləği 6 mlrd manat olan bazarda, bu rüb həmin məbləğ artaraq 12 mlrd 452 mln manat olub. Eyni zamanda qiymətli kağızlar bazarının ikinci rübündə bazarın 52%-ni ilkin, 48%-ni təkrar bazar təşkil edir. Rəqəmlərə baxsaq ilkin bazarda 6 mlrd 499 mln manata qədər əməliyyat baş tutub, bu isə keçən rübdən tam olaraq 52% çoxdur, bununla birlikdə təkrar bazarda isə bu məbləğ  5 mlrd 952 mln manat təşkil edir, bu isə keçən rübdən 48% çoxdur. 

Bazarı subyektlərinə görə ayırsaq, korporativ qiymətli kağızların miqdarı 1 mlrd 129 mln manatdır. Bu keçən rübdən 29% çoxdur. Dövlət qiymətli kağızların payı isə 6 mlrd 7 mln manatdır. O isə keçən rübə nisbətən 57% artıb.

Bazarın adı

İlkin bazar

Təkrar bazar

Korporativ qiymətli kağızlar bazarı

572 mln manat

557 mln manat

Dövlət qiymətli kağızlar bazarı

5 mlrd 924 mln manat

79 mln manat

Ən sərfəli kredit üçün müraciət et

Bu rüb törəmə maliyyə alətləri ilə baş tutan əqdlərin məbləği  4 mlrd 850 mln manatdır. Bu isə keçən rübdən 47% çoxdur. Repo/əks-repo əməliyyatları isə 466 mln manat olub. Bu isə keçən rübə nəzərən 54% artım deməkdir.

Maraqlı məqam ondan ibarətdir ki, bu rüb bazarda həmişəki kimi ən çox mövqeyi tutan qiymətli kağızlar dövlətə sahibdir. Ən az mövqeyi isə Repo/əks-po tutur.