Qiymətli kağızlar bazarında iştirakçı sayı artdı | Banco.az

Qiymətli kağızlar bazarında iştirakçı sayı artdı

02 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Korporeyt Trast Eycensi” Məhdud Məsuliyyətli Cəmiyyətinə depozitar və qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətlə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et