Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 8 milyard 510,3 milyon manatlıq əməliyyat aparılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,5% çoxdur.
Bu göstəricinin 3 milyard 487 milyon manatlıq hissəsi ilkin bazarda, 5 milyard 023,3 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 5 582 əqd bağlanılıb. Bu da illik müqayisədə 14,2% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!