ABŞ Prezidenti Donald Tramp, ölkədə xam neft qiymətlərinin sıfır dollardan aşağı düşməsinin "qısamüddətli" olduğunu bildirib və 75 milyon barel xam neft alacaqlarını açıqlayıb.
Yeni növ koronavirus (Kovid-19) epidemiyasının təsiri ilə ölkədə xam neft qiymətləri sıfır dollardan aşağı düşüb.
Tramp, "Bu çöküşün səbəbi, kimsənin bu anda avtomobil istifadə etməməsidir. Zavodlar, iş yerləri bağlıdır",- deyib.
Tramp, "ABŞ olaraq, Strateji Neft Ehtiyatımız üçün 75 milyon barel neft alacağıq. Hazırda 75 milyon barel tutumumuz var. İndi neft almağın tam zamanıdır",- əlavə edib.
Neft qiymətlərindəki enişin "qısamüddətli" olduğunu qeyd edən Tramp, "Bazarlarda bir tıxanma var, bu səbəbdən də qiymətlər düşdü. 1 aya kimi bir zamanda xam neft qiymətləri 25-28 dollar aralığını görər, deyə düşünürəm" bildirib.
Nyu Yorkda, WTI May fyuçersi mənfi 40.32 dollara qədər düşdükdən sonra mənfi 37.63 dollardan bağlanıb. Kontrakt beləliklə, 2-ci Dünya müharibəsindən bəri tarixin ən aşağı səviyyəsinə düşüb. Brent nefti 8.9% düşərək bareli 25.57 dollara enib.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!