Qiymətinə görə ən keyfiyyətli smartfonlar – TOP10 | Banco.az

Qiymətinə görə ən keyfiyyətli smartfonlar – TOP10

“AnTuTu” şirkəti öz qiymətinə görə ən yaxşı keyfiyyət təklif edən onlarla smartfonun adlarını dərc edib.

Bu reytinq 2016-cı ilin dekabr ayının göstəricilərini əhatə edir.

Reytinqin lideri “Snapdragon 820” tək kristallı sistemlə, 3 GB əməliyyat yaddaşı və 32 GB flaş yaddaşla təchiz edilmiş “Lenovo Zuk Z2” smartfonu olub. Onun qiyməti artıq 170 dollara qədər ucuzlaşıb.

İkinci yeri qiyməti 115 dollar olan “Xiaomi Redmi Note 3” smartfonu tutub. Bu smartfon 2 GB əməliyyat yaddaşı və 16 GB flaş yaddaşla təchiz edilib.

Üçüncü yerdə qiyməti 100 dollar olan “Xiaomi Mi 4C”, dördüncü yerdə qiyməti 129 dollar olan “Xiaomi Redmi Note 4” smartfonu qərarlaşıb. Sonuncu iki cihaz ikinci yeri tutmuş smartfonda olduğu kimi yaddaş həcminə malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Siyahıda beşinci yeri 144 dollar qiyməti olan “LeEco Le 2”, altıncı yeri isə dəyəri 259 dollar olan “Le Pro 3” smartfonları tutub. Sonrakı yerlərdə ilk onluğa “360 N4”, “Le Max 2” və “Meizu Metal” smartfonları daxil edilib.

Onluğu isə ən bahalı smartfonların reytinqində qiyməti 270 dollar olan “Xiaomi Mi 5S” smartfonu qapayır.

Mənbə: Lent.az