Qiyməti 500 dollara qədər olan ən yaxşı smartfonlar hansılardır? | Banco.az

Qiyməti 500 dollara qədər olan ən yaxşı smartfonlar hansılardır?

Müəllif - Aida İsaq. Banco.az

Dekabr ayı üçün qiyməti 500 dollara qədər olan ən yaxşı smartfonların adları açıqlanıb.

Banco.az xəbər verir ki, müvafiq reytinq siyahısını “Gizchina” portalı yayımlayıb. Beləliklə, birinci yerdə 120 Hz yeniləmə tezliyi ilə 6,28 düymlük AMOLED sensoruna sahib flaqman "Xiaomi 12" qərarlaşıb. Smartfon 50, 13 və 5 meqapiksel təsvir ölçülü üç kamera, ön hissəsində isə 32 MP sensor ilə təchiz edilib. Kiçik ölçüsünə baxmayaraq, smartfon 67 Vt sürətli enerji doldurma, həmçinin müvafiq olaraq 50 Vt və 10 Vt naqilsiz və əks enerji doldurma dəstəyi ilə 4500 milliamper/saat tutumlu akkumulyatora malikdir.

İkinci yerdə "Redmi K50 Ultra" flaqmanı qərarlaşıb. Model 120Hz yeniləmə tezliyi ilə 6,67 düymlük AMOLED ekranla təchiz edilib. "K50 Ultra" 108MP-lik əsas kameraya sahibdir. Eyni zmaanda model 8MP ultra geniş bucaqlı sensor və 2MP makro modul ilə tamamlanır. Ön çəkiliş kamerası 20MP sensora malikdir. "Redmi K50 Ultra" 120 Vt sürətli doldurmanı dəstəkləyən 5000 mAh batareya ilə təchiz olunub.

Üçüncü yerə "Lenovo Legion Y90" oyun smartfonu sahiblənib. Model 144 Hz yeniləmə tezliyi ilə böyük 6,92 düymlük AMOLED ekrana malikdir. Oyun qadcetində 64 və 13 meqapiksellik qoşa kameradan, həmçinin 16 meqapiksellik təsvir ölçülü selfi kamerasından istifadə edilib. Qadcet 68 Vt sürətli şarjı dəstəkləyən 5600 mAh batareya ilə təchiz edilib.

Ən sərfəli kredit üçün müraciət et

Dördüncü və beşinci yerlərə isə müvafiq olaraq "Poco F4 GT" və 2022-ci ilin ilk flaqmanı olan "Motorola Edge X30" sahiblənib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et