Qiymət artımı ticarət əlavələri hesabına sabitləşdiriləcək | Banco.az

Qiymət artımı ticarət əlavələri hesabına sabitləşdiriləcək

Əsas ərzaq məhsullarının qiymət artımının bazar iqtisadiyyatına uyğun qaydalarla - ticarət əlavələri hesabına sabitləşdirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə tapşırıq verilib.

Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda əksini tapıb.

Sərəncamda deyilir ki, əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflər on beş gün müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.

trend.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et