Qısamüddətli Notların yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Qısamüddətli Notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

10 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)50200179S dövlət qeydiyyat nömrəli, 50mln manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 98.6648 AZN (5.79%) və 98.9040 AZN (4.74%)olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 371,399,300.00 AZN olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.8470 AZN (5 %), orta ölçülmüş qiyməti 98.8621 AZN (4.93%)müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 000 000.00AZN təşkil etmişdir. 

Notların ödəmə tarixi 06.04.2020

Ən sərfəli krediti almaq üçün müraciət et