Qısamüddətli Notların yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Qısamüddətli Notların yerləşdirilməsi üzrə hərrac keçirilib

13 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)50203776S dövlət qeydiyyat nömrəli, 30mln manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı97.9431 AZN (9.00%) və 98.7329 AZN (5.50%)olan 12 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 162,331,300.00 AZN olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.7329 AZN (5.50%), orta ölçülmüş qiyməti 98.7329 AZN (5.50%)müəyyən edilmişdir. Hərrac nəticəsində notlarınyerləşdirilmişhəcmi

30 000 000.00AZN təşkil etmişdir. 

Notların ödəmə tarixi 09.03.2020

Ən sərfəli krediti almaq üçün müraciət et