Qısamüddətli Notların yerləşdirilməsi üzrə hərrac keçirildi | Banco.az

Qısamüddətli Notların yerləşdirilməsi üzrə hərrac keçirildi

4 dekabr2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)50103576S dövlət qeydiyyat nömrəli, 170mln manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99.5158 AZN (6.04%) və 99.5185 AZN (6.01%)olan 21 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 879,094,700.00AZN olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5185 AZN (6.01%), orta ölçülmüş qiyməti 99.5185 AZN (6.01%)müəyyən edilmişdir. Hərrac nəticəsində notlarınyerləşdirilmişhəcmi

170 000 000.00AZN təşkil etmişdir. 

Notların ödəmə tarixi 03.01.2020

Ən sərfəli krediti almaq üçün müraciət et