Qış depressiyasına necə qalib gəlmək lazımdır? | Banco.az

Qış depressiyasına necə qalib gəlmək lazımdır?

Tamara Mustafayeva, Banco.az

Son günlərdə özünüzü daha yorğun, qəmgin və depressiv hiss edirsiniz? Soyuq aylarda əksər insanların rastlaşdığı bu problemin adı “Qış Depressiyası”dır.

Adətən qış aylarının boz və soyuq ahəngi insanlarda narahatlıq yaradır. Havanın əksərən yağmurlu və tutqun keçməsi depressiv əhval-ruhiyyəyə gətirib çıxarır və buna görə də bir çoxumuz evdən çıxmaq belə istəmərik. Hətta bəzi günlər yataqdan qalxmaq çətinləşir, bütün günü yuxulu hiss edirik.

Bəs bu depressiyaya qalib gəlmək mümkündürmü?

Əgər qış depressiyasının əlamətlərini hiss edirsinizsə, bir neçə addımla əvvəlki həyat enerjinizi bərpa edə bilərsiniz.

1. Müntəzəm idmanla məşğul olun

Müntəzəm idman hərəkətləri ilə məşğul olmaq stresslə mübarizə aparmağın ən yararlı üsullarından biridir. İdman edərkən orqanizmdə ifraz olunan müxtəlif kimyəvi maddələrin sayəsində gümrah və pozitiv hiss edirik. Məlum olduğu kimi, idman həmçinin sağlamlığımız üçün əvəzedilməzdir ki, sağlamlıq özlüyündə müsbət əhval-ruhiyyənin təməllərindən hesab edilir.

2. Sevdiyiniz insanlarla vaxt keçirməyin ən ideal zamanıdır.

Ailə və dostların psixoloji dəstək funksiyası hər zaman vurğulanır. Odur ki, xüsusən soyuq və tutqun aylarda ürəyinizi isidəcək və sizi ruhlandıracaq ailə və dost söhbətlərindən özünüzü məhrum etməyin. Ancaq bununla belə mənfi enerjli və qəmgin insanlarla deyil, həyata müsbət yanaşan və enerjinizi yüksəldəcək insanlarla vaxt keçirməyə diqqət yetirin.

3. Yuxu rejimini nizama salın.

Qış aylarında daha çox yatmağa meyilli olduğumuz üçün sosial həyatdan özümüzü uzaq salırıq. Həddindən artıq çox yatmaq yorğunluğu azaltmaq əvəzinə daha halsız və narahat hiss etməyinizə səbəb olacaqdır. Odur ki, gün ərzində 10-20 dəqiqəlik yuxu fasilələri ilə daha gümrah hiss edəcəksiniz. Bununla yanaşı, erkən yatıb erkən qalxmağı vərdiş halına gətirməlisiniz.

Ən sərfəli kredit üçün müraciət et

4. Sağlam qidalanmağın ən mühüm hesab edildiyi aylardır.

Məlum olduğu kimi, qidalanmağın həyatımıza ən çox təsir göstərdiyi fəsil qış fəslidir. Adətən bu soyuq aylarda daha yağlı və kalorili qidalardan istifadə etməyə ehtiyac duyuruq. İfrat dərəcədə istehlak edilən şəkərli qidalar həm sağlamlığa mənfi təsir göstərər, həm də emosional vəziyyətimizi dəyişkən edər. Odur ki, xüsusən qış fəslində düzgün və sağlam qidalanmağa, vitaminli meyvə və tərəvəzləri qida rasionuna əlavə etməyə diqqət yetirin.

5. Özünüzə vaxt ayırın.

Qış aylarında günlərin qısa olması hər kəsdə elə təəssürat yaradır ki, sanki görüləsi işlərin çoxluğu ilə vaxtın nisbəti düz gəlmir. İşin çoxluğu və hər şeyi vaxtında icra edə bilməməklə bağlı qayğı isə insanları narahatlığa düçar edir. Odur ki, işlərinizi daha yaxşı planlaşdırmalı və gündəlik vərdişlərinizə mütləq özünüz üçün xüsusi zaman dilimi əlavə etməlisiniz. Özünüzlə baş-başa qalacağınız bu vaxtlarda motivasiyanızı yüksəldəcək və enerji toplayacağınız fəaliyyətlərlə məşğul olmağınız məsləhətdir. Meditasiya ilə məşğul ola və ya fərdi inkişaf kitabları oxuya bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et