Qırmızı dənizdə gərginlik yükdaşıma qiymətlərini artırıb | Banco.az

Qırmızı dənizdə gərginlik yükdaşıma qiymətlərini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qırmızı dənizdəki geosiyasi gərginlik səbəbindən yükdaşıma qiymətləri 8 həftədir artmaqdadır.

Banco.az xəbər verir ki, İranın dəstəklədiyi Yəməndə husilərin Qırmızı dənizdəki Bab əl-Məndəb boğazında İsrailə bağlı ticarət gəmilərinə qarşı başlatdığı hücumlardan sonra daşıma şirkətləri Ümid burnuna istiqamətlərini dəyişdiyi üçün gəmilərin səyahət müddəti 10-14 günə qədər uzanır.

Bəzi gəmilərin səyahət müddətinin hətta 20 günə qədər uzandığı bildirilir.

ABŞ və İngiltərənin liderliyi ilə husilərə qarşı təşkil edilən hücumlar və daşıma şirkətlərinə bölgədən istifadə etməmələri tövsiyəsindən sonra Qırmızı dənizdə gəmi axını sürətlə azalır.

Qlobal ticarətin təqribən 12 faizinin həyata keçirildiyi və Aralıq dənizini Qırmızı dənizə birləşdirərək Avropa ilə Asiya arasında ən qısa marşrutu təqdim edən Süveyş kanalı ilə tranzitlər azalarkən, Ümid burnunu dövrə vuran gəmilərin səyahət müddətinin və xərclərinin artması yükdaşıma qiymətlərinin artımında da özünü göstərib. 

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə yükdaşımaların qiyməti 186,8 faiz bahalaşıb. Yanvarın 25-nə olan məlumata görə, 40 futluq konteynerin yükdaşıma qiymətində illik artım 93,6 faizə çatıb.

Həftəlik qiymətlərdə 5 faiz artım olub. Yükdaşıma qiymətləri 8 həftədir ki, artmaqdadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et