Qida qiymətlərindəki artım insani böhrana səbəb ola bilər | Banco.az

Qida qiymətlərindəki artım insani böhrana səbəb ola bilər

Yaponiyanın maliyyə xidmətləri şirkəti və bankı "Nomura" analitikləri qida qiymətlərindəki artımın qlobal böhrana səbəb olmasa belə, insani bir böhrana səbəb ola biləcəyini gözləyirlər.

"Nomura" tərəfindən yazılan hesabatda, "qida qiymətlərindəki artımın bu şəkildə davam etməsi vəziyyətində belə bir riskə qarşı kövrək olan, dünyanın yarısından çox əhalisinin təsirlənəcəyi ağır bir insani böhrana çevrilə biləcəyi" qeyd edilib.

Hesabatda, "Qida qiymətlərindəki artıma qarşı ən kövrək ölkələr dünya iqtisadiyyatında çox kiçik bir paya sahib olsalar da dünya əhalisinin böyük bir qisimini meydana gətirirlər. Qida qiymətlərində davam edən artım iqtisadi böhrana səbəb olmayacaq olsa da, qlobal miqyasda insani bir böhrana səbəb ola bilər" deyilir. 

Bank tərəfindən hazırlanan hesabatda ən kövrək 50 ölkənin qlobal ümumi daxili məhsulun 26.1%-ini, lakin dünya əhalisinin 59.1%-ini yaratdığını qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

Afrika, Orta Şərq və Asiyaya fokuslanan "Nomura", bu ölkələrdə adam başına nominal ÜDM-in aşağı, əhalinin istehlakında qida payının isə yüksək olduğunu və bu ölkələrin qida idxalatçısı mövqeyində olduqlarına diqqət çəkib. 

"Nomura" Qida Kövrəklik İndeksinə görə ən kövrək beş ölkə:

-Liviya

-Tacikistan

-Monteneqro

-Suriya

-Əlcəzair.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et