Qida məhsullarında bahalaşma nə vaxta qədər davam edəcək? | Banco.az

Qida məhsullarında bahalaşma nə vaxta qədər davam edəcək?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Statistika Komistəsinin məlumatına görə, cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, südün, qatığın, pendirin, şorun, kəsmiyin, yumurtanın, naringinin, bananın, almanın, armudun, xurmanın, kivinin, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, badımcanın, sarımsağın, kartofun, şokolad məmulatlarının, arağın, konyakın, şərabın, siqaretin, ucuzlaşma isə yumru düyünün, portağalın, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, tomat pastasının qiymətlərində müşahidə olunub.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bəs qida məhsullarında bahalaşma nə vaxta qədər davam edəcək?

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Banco.az-a bildirib ki, qida məhsullarının qiymətinin nə vaxta qədər yüksələcəyi dəqiq proqnozlaşdırmaq çətindir, çünki bu, həm daxili, həm də xarici bazar amillərindən asılıdır:

"Qiymətlərə təsir edən əsas faktorlar arasında məhsul istehsalı, tədarük zənciri, hava şəraiti, enerji xərcləri və qlobal bazar dəyişiklikləri var. Əgər bu amillərdə stabilləşmə baş verərsə, qiymət artımı yavaşlaya və sabitləşə bilər. Lakin qısa müddətdə müəyyən dalğalanmaların davam etməsi ehtimalı yüksəkdir".

Həmçinin qeyd edək ki, yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma parçaların, divar kağızının, plastik pəncərənin, laminat parketin, sementin, masa və oturacaq mebellərinin, xalçanın, istilik sistemi üçün istilik qurğusunun, kiçik elektrik cihazlarının, “Aİ-92” markalı avtomobil benzininin, dizelin, mühərrik yağının, mobil telefonların, qəzetlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, soyuducuların, kondisionerlərin, planşet kompüterlərin qiymətlərində müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram