Qəza zamanı dəymiş ziyanın ödənilməsi | Banco.az

Qəza zamanı dəymiş ziyanın ödənilməsi

Təqsirkar sürücünün ölməsi məsələni çətinləşdirirDemək olar, hər gün yol qəzaları baş verir və nəticədə avtomobillərə ziyan dəyir. Əlbəttə, bu vəziyyətdə dəymiş ziyanın ödənilməsi məsələsi gündəmə gəlir. Hər iki sürücü sağ qalarsa, ziyanın kimin tərəfindən ödənilməsini aydınlaşdırmaq çətin olmur. Amma əgər sürücülərdən biri dünyasını dəyişsə, vəziyyət qəlizləşir.

Yol qəzalarından sonra elə olur ki, sürücülərdən biri dünyasını dəyişir. Tutaq ki, günah məhz həmin sürücüdə olur. Nəzərə alsaq ki həmin avtomobilin sığortası olmayıb onda digər maşına dəymiş ziyanın hansı formada ödənməsı düşündürücüdür. Yol qəzalarının artdığı bir dövrdə bu məsələ daha da aktuallaşır..

İcbari Sığorta Bürosundan verilən məlumata görə, ölkədə qeydiyyata alınmış 1,2 milyon avtomobildən 911 mini icbari qaydada sığortalanıb. Bu isə o deməkdir ki, bu gün yollara çıxan avtomobillərin 322 mini, yəni 26 faizi icbari qaydada sığortalanmayıb. Sığortalanmamış avtomobillər isə qəzalardan sonra dəymiş ziyanın kimin tərəfindən ödənilməsi məsələsini aktuallaşdırır. Müşahidələr göstərir ki, belə hallarda dəymiş ziyan adətən, heç bir təqsiri olmadığı halda, qəzada sağ qalmış sürücü tərəfindən ödənilir. Amma qanunvericilikdə bu məsələdən çıxış yolu aydın şəkildə göstərilir.

Ən sərfəli kredit üçün müraciət et

Zərərçəkmiş sürücünün iddia qaldırması üçün mütləq məhkəmənin və ya digər hüquq mühafizə orqanlarının qərarı olmalıdır. Ekspertlər hesab edirlər ki, ölkəmizdə dəymiş ziyanın, təqsiri olmayan sürücünün ödəməsinin özünəməxsus səbəbi var.

Bəs görəsən bu vəziyyətə düşməmək üçün nə etmək lazımdır? Ekspertlər hesab edirlər ki, bunun üçün, əvvəla, avtomobillər sığortalanmalıdır. Düzdür, avtomobillər hər il icbari qaydada sığortalanır. Ancaq bir çox hallarda sürücülərin icbari sığortanı həftələrlə, bəzən isə aylarla təxirə salmaları vəziyyəti dalana dirəyir. Çünki heç kəs qəzanın məhz təxirə salınmış zaman kəsiyində baş verəcəyindən sığortalanmayıb. Belə olan halda, icbari sığorta ilə yanaşı, könüllü sığortanın əhəmiyyəti aktuallaşır.

xezerxeber.com