Qeyri-yaşayış sahələrinin satışıyla bağlı hansı vergi öhdəlikləri yaranır? | Banco.az

Qeyri-yaşayış sahələrinin satışıyla bağlı hansı vergi öhdəlikləri yaranır?

ƏDV ödəyicisi olan müəssisənin mülkiyyətindəki qeyri-yaşayış sahəsi digər hüquqi şəxsə satılarkən müəssisənin bu satışla bağlı hansı vergi öhdəlikləri yaranır?

Vergilər Nazirliyinin şərhində bildirilir ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.

Vergiler.az