Qeyri-ticari sektorda ödəniş daxilolmaları 23 mlrd. manata yaxın olub | Banco.az

Qeyri-ticari sektorda ödəniş daxilolmaları 23 mlrd. manata yaxın olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin ikinci rübündə ödəniş daxilolmalarında qeyri-ticari sektorun üstünlüyü davam edib. Ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 21.9%-i təşkil etməklə 6 391.4 mln. manat, qeyri-ticari sektorda isə 78.1% təşkil etməklə 22 796.3 mln. manat olub.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin ikinci rübü üzrə "Sahələrarası maliyyə axınlarınının təhlilinə dair hesabat"ında qeyd edilib.

Qeyd edilib ki, artım müşahidə olunan fəaliyyət sahələrinin ümumi qeyri-ticari sektor üzrə daxilolmalarda payı 53%, azalma müşahidə olunan fəaliyyət sahələrinin payı isə 47% təşkil edib. Bütövlükdə, ötən ilin dördüncü rübü ilə müqayisədə cari ilin birinci rübündə ticari sektor üzrə iqtisadi aktivlik indeksində yüksələn artım, qeyri-ticari sektor üzrə isə nisbi azalma müşahidə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram