Qeyri-rezidentlər üçün məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək | Banco.az

Qeyri-rezidentlər üçün məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək

"Elektron və mobil rezidentlik çərçivəsində Azərbaycanda ilk dəfə Rəqəmsal Ticarət Qovşağının təşəbbüsü ilə qeyri-rezidentlər üçün banka getmədən məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək". Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən "3-cü Rəqəmsal Ticarət Forumu: İpək yolunun rəqəmsallaşdırılması" mövzusunda keçirilən tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədrinin vəzifəsini icra edən İbrahim Alışov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

İ.Alışov deyib ki, əlavə olaraq hazırda qeyri-rezidentlərin şirkətlərinin sosial xidmətlərdən istifadə edilməsi, habelə həm özəl, həm də dövlət xidmətlərinə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərilir: "Təsadüfi deyil ki, Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti dövründə əldə olunan uğurlar və davamlı formada həyata keçirilən islahatlar Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İspaniya, Hindistan və digər dövlətlərin marağına səbəb olur".

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç