Tibbi xidmətlərə ehtiyacı yaranan zaman xəstəxanaya müəyyən məbləğin ödənilməsi tələb olunur. Gələn ildən vətəndaşlar İcbari Tibbi Sığorta Agentliyinə müəyyən sığorta haqqları ödəyəcəklər. Vətəndaş xəstəxanaya müraciət etdiyi vaxt onun müayinə və müalicə xərcləri Agentlik tərəfindən xəstəxanaya ödəniləcəkdir.
Sığorta haqqı işçilərin əməkhaqlarından və sahibkarların gəlirlərindən tutulacaqdır.Qeyri-rəsmi işləyənlər və işləməyən insanlar isə gələn ildən tibbi xidmətlərdən yararlanmaları üçün sabit illik sığorta haqqı ödəməli olacaqlar.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib ki, sərbəst məşğul əhali sığortalanmaq üçün illik 120 manat sığorta haqqı ödəməli olacaqlar.
“Sərbəst məşğul əhali - qeyri-rəsmi işləyənlər, evdar qadınlar və s. Bunlar üçün sabit bir məbləğ tətbiq olunacaq. Yəni, qanunla 120 manat sığorta haqqı ödəməli olacaqlar. Bu şəxslər illik 120 manat ödəməlidirlər ki, sığortalı sayılsınlar”.
Bütün işləyən şəxslərdən əmək haqqının 2%-i qədər, işəgötürənlərdən isə işçilərinə ödədikləri əmək haqqının 2%-i qədər sığorta haqqı tutulacaq.
Əhalinin müəyyən kateqoriyasının - 18 yaşınadək uşaqların, pensiya yaşında olan vətəndaşların, əlillərin, aztəminatlı ailələrin, tələbələrin və hamilə qadınların sığorta haqlarını dövlət öz üzərinə götürəcək.
Marja