Qeyri-qanuni kriptovalyuta satdığı üçün 30 il müddətinə həbs oluna bilər | Banco.az

Qeyri-qanuni kriptovalyuta satdığı üçün 30 il müddətinə həbs oluna bilər

50 yaşlı Los Ancels sakini Tereza Tetli qeyri-qanuni maliyyə xidməti göstərməkdə günahlandırılır. Onun günahlandırmasına səbəb kimi lisenziyasız kriptovalyuta ticarəti ilə məşğul olmasıdır, hansı ki, buda öz növbəsində federal qanunun pozulması kimi dəyərləndirilir. Bu əməlinə görə xanım Tetli 30 il müddətinə azadlıqdan məhrum oluna bilər.

Polislərin verdiyi məlumata görə, xanım Tereza 3 ildir ki, formlardan birində çox fəal iştirak edərək, il ərzindən 300000 dollar pul qazana bilib. Bu müddət ərzində o, 6 milyondan 9.5 miyon aralığında tranzaksiya həyata keçirə bilib. Onun belə asanlıqla fəaliyyət göstərməsinə şərait yaradan yer isə Kaliforniya ətrafında fəaliyyət göstərən mərkəzi qara bazar olub. Bu haqda məlumatı isə prokurorluq orqanı mövzu ilə bağlı çıxış edərkən bildirib. Polislər ondan 40 bitkoin, 300 min dollar və 25 qızıl külcə müsadirə edib. Tereza Tetli haqda qərar 11 iyun tarixinə təyin olunsa da sonradan iclas təxirə salınıb. O, öz günahını qəbul edərək, 80 bitkoinin 70000 dollara dəyişdiriləcəyini də açıqlamışdı. Xanım Tetli həmçinin bu pulların əvvəllər narkobaronlara aid olduğunu bildiyini də gizlətməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bu kriptovalyuta treyderləri haqda ilk araşdırma deyil. Belə ki, daha əvvəl Detroitdən olan cavan bir oğlan da Coinbase Bitstamp birjalarından bitkoinləri alaraq LocalBitcoinsə satdığı üçün bir il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Nəcibə Yusifova, banco.az