Qeyri-neft sektorunun inkişafı üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA | Banco.az

Qeyri-neft sektorunun inkişafı üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 2,5 milyard ABŞ dollarına çatıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, eyni dövrdə yeyinti məhsullarının ixracı 13,3% artaraq 698,3 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin yanvar-sentyabr aylarında aqrar-sənaye məhsullarının ixracı 60% artaraq 233,4 milyon ABŞ dollarına yüksəlib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 755,4 milyon ABŞ dolları olub.

Azərbaycanın qeyri-neft sektorunun inkişafı və bu sahədə mövcud vəziyyət ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki,  daxili istehlakımız ödəndiyi halda, xarici bazarlara çıxmağın yollarını axtarmalıyıq:

Ən sərfəli kredit üçün müraciət et

“Azərbaycanda qeyri-neft sektorunda aparıcı sahə hələ də aqrar sektordur. Kənd təsərrüfatı məhsullarımız əsasən yaxın bazarlara, Rusiya və Orta Asiya bazarlarına ixrac olunur. Əvvəllər Ukrayna və Belarusiya da bu bazarlarda iştirak edirdi. Sənaye məhsullarına gəldikdə isə vəziyyət bir qədər fərqlidir. Sənaye məhsullarından yalnız neft-kimya məhsullarının alıcısı var. Bu məhsullardan xaricə neft və qazdan alınan gübrələr ixrac edilir.

Bu sahənin inkişafı üçün vergi və gömrük qanunvericiliyinin dəyişdirilməsi, yeni təşviq proqramlarının qəbul edilməsi vacibdir”,-deyə ekspert qeyd edib.