Qeyri-müəyyənlik hissini necə aradan qaldırmaq olar? | Banco.az

Qeyri-müəyyənlik hissini necə aradan qaldırmaq olar?

Müəllif - Aida İsaq, Banco.az

Aramızda zamanının çoxunu müxtəlif əyləncə məkanlarında, layihələrdə, yaxud maarifləndirici tədbirlərdə, dostlarla təşkil olunan görüşlərdə keçirən, davamlı işləməkdən yorulmayan insanlar kifayət qədər var. Hətta ümumiləşdirsək onlara heç bir fəaliyyətlə məşğul olmadan dayana bilməyən şəxslər də deyə bilərik. Əslində isə onlar qeyri-müəyyənlikdən, “boşluq” anlayışından uzaq qaçmağa çalışırlar. 2022-ci ildə Amerikada aparılan psixoloji araşdırmalarda məlum olub ki, insanların 81%-i faizi qeyri-müəyyənliyin onlarda böyük stres hissi yaratdığını qeyd edib. Bu səbəbdən də, həmin siyahıya aid olan insanlar zamanlarının böyük qismini mütləq mənada hər hansısa fəaliyyətlə doldurmağa çalışırlar. Bu hətta onların heçvaxt məşğul olmaq istədikləri işlər, karyera istiqamətləri və s. ola bilər. Ancaq ekspertlər bildirir ki, qeyri-müəyyənlikdən kor-koranə qaçmaq, daim işlə məğul olmaq stres səviyyəsini daha da artırır. Müəyyən zamanlarda özümüzə vaxt ayırmalı, dərin suallarla üzləşməli və əslində bizi narahat edən səbəblərin mənbəyini müəyyən etməyə çalışmalıyıq. Eyni zamanda həyatımızı qaydaya salmağa çalışmalıyıq.

Bunun üçün nələrə diqqət yetirməliyik?

  • İş və sosial həyatınızı ayırın
  • Hobbiləriniz üçün mütləq zamanınız olsun
  • Ailəniz, dostlarınız ilə müntəzəm olaraq ünsiyyət qurun, əgər sizi narahat edən məsələlər varsa bu barədə söhbət etməkdən çəkinməyin
  • Mümkün olduğu qədər psixoloq seansına yazılın
  • Meditasiya etməkdə də fayda var
  • Fərqli dil öyrənməyə və ya bacarıq qazanmağa çalışın

Əziz oxucular, həyatınızın dəyərli olduğunu və hər anını doya-doya yaşamalı olduğunuzu unutmayın!!

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et