Qeyri-həyat sığortası bazarında yığım 11,3% artıb | Banco.az

Qeyri-həyat sığortası bazarında yığım 11,3% artıb

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 209,5 milyon manatı və ya 74%-i qeyri-həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 11,3% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 22,2%-i və ya 46,5 milyon manatı tibbi sığortanın, 21,7%-i və ya 45,5 milyon manatı avtomobillərin icbari sığortasının, 9,3%-i və ya 19,5 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 8,8%-i və ya 18,4 milyon manatı kasko sığortasının, 8,7%-i və ya 18,1 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, qalan 29,3%-i və ya 61,5 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

7 ay ərzində sığorta ödənişlərinin 70%-ni və ya 73,4 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,3% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 39,1%-i və ya 28,7 milyon manatı tibbi sığortanın, 25,5%-i və ya 18,7 milyon manatı avtomobillərin icbari sığortasının, 19,9%-i və ya 14,6 milyon manatı kasko sığortasının, qalan 15,5%-i və ya 11,4 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 35 manatı ödəniş edilib. 2014-cü ilin ilk 7 ayında isə bu rəqəm 38,9 manat olub. 

Ən sərfəli krediti almaq üçün müraciət et