Qeyri faiz gəlirləri, faiz gəlirlərindən daha çoxdur | Banco.az

Qeyri faiz gəlirləri, faiz gəlirlərindən daha çoxdur

Azər Türk Bank cari ilin birinci rübünə olan maliyyə nəticələrini açıqlayıb. İlin əvvəlindən Bankın aktivləri 30% artaraq 382,444 mln manata çatıb. Banco.az Bankın maliyyə hesabatlarına istinadən bildirir ki, eyni dövr ərzində Bankın kredit portfeli 28,8% yüksələrək, 268,677 mln manata çatıb.

İlin əvvəli ilə müqayisədə cəmi kapitalda artım, 3,63% olub.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin ilk rübü ərzində Bankın faiz gəlirləri 3,421 mln, faiz xərcləri isə 1,903 mln olmuşdur.  Maraqlıdır ki, Azər Türk Bankın birinci rüb ərzində qeyri faiz gəlirləri daha çox, 4,001mln olub.

Birinci rübün sonuna Bankın mənfəəti 1,214 mln manat təşkil edib.