Qeyri faiz əməliyyatlarından banklarımız zərərlə çıxır | Banco.az

Qeyri faiz əməliyyatlarından banklarımız zərərlə çıxır

Kredit əməliyyatlarından fərqli olaraq, qeyri faiz əməliyyatlarında banklarımız yetərincə gəlirli ola bilmir. 

Banco.az saytı Mərkəzi Banka istinadən bildirir ki, ötən il ərzində qeyri faiz gəlirləri 8,4% artdığı halda, onların qeyri faiz xərcləri 18,6% artmışdır. Carı ilin sentyabrın birinə olan rəqəmlərə əsasən bankların qeyri faiz gəlirləri cəmi 296,4 mln, faiz xərcləri isə 552, 85 mln təşkil edir. Beləliklə ötən bir il ərzində bankların qeyri faiz zərəri 33,1% artaraq, 296,64 mln manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bankların xalis faiz mənfəəti, 832,03 mln manat, xüsusi ehtiyatlar üzrə ayırmaları 248,40 mln manat, vergi ödənilənədək xalis mənfəəti isə 327,41 mln manat təşkil edib. 

Ən sərfəli krediti almaq üçün müraciət et