Banklarımız faiz əməliyyatlarında qazanclı olsalar da, qeyri faiz əməliyyatlarında mənfəətli olmağı bacarmırlar. Bankların qeyri faiz əməliyyatlarında zərərləri ildən-ilə artır. Səbəb isə bankların qeyri faiz gəlirləri ilə müqayisədə qeyri faiz xərclərinin daha sürətlə artmasıdır.
Banco.az saytı Mərkəzi Banka istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların qeyri faiz gəlirləri 9% (33,05 mln manat) artaraq, 382,37 mln manata çatıb.
Halbuki bu müddət ərzində bankların faiz xərcləri 19% (117,91 mın manat) artaraq 708,37 mln manata çatmışdır.
Beləliklə Bankların qeyri faiz zərəri 35% (-84,86 mln manat) böyüyərək, 326 mln manata çatmışdır.