Kredit əməliyyatlarından fərqli olaraq, qeyri faiz əməliyyatlarında banklarımız yenə də zərərdədir.
Banco.az saytı Mərkəzi Banka istinadən bildirir ki, bankların qeyri faiz gəlirlərində ötən ilin analaji dövrü ilə müqayisədə artım cəmi 8,4% olub. 9 ayın nəticələri üçün kifayət qədər az bir rəqəmdir. Bankların cəmi qeyri faiz gəlirləri 336,85 mln manat olduğu halda,qeyri faiz xərcləri bir il ərzində 21,1% artaraq, 635,39 mln azn təşkil edib. Qeyri faiz zərəri isə 39,5% artaraq, 298,54 mln manat olub.