Almaniyanın ən böyük banklarından olan Deutsche Bank, Qətər əmiri Şeyx Tamim Bin Hamad Al Saninin Deutsche Bankdan ilkin mərhələdə 1 milyard 752 milyon avro məbləğində 60 milyon ədəd hissə alacağını açıqladı. Deutsche Bankdan verilən açıqlamaya görə, bank bazar günkü konfransında təxminən 8 milyard avro məbləğində səhm sataraq sərmayəsini artırmağı qərarlaşdırıb.
Deutsche Bank İcra heyəti başçıları Jürgen Fitschen və Anshu Jainin iştirakı ilə verilən açıqlamada, "Bu gün bizim üçün əsas olan müştəriyə yönəlmiş qlobal bank olmaqdır və Deutsche Bankı gücləndirmək üçün hazırlanmış tədbirlər paketinə start veririk. Biz sərmayəmizi gücləndiririk, rəqabət gücümüzü artırırıq və hədəflədiyimiz inkişafa investisiya edirik. Açıqladığımız tədbirlər paketi, dəyişən makroiqtisadi, rəqabətçi və tənzimləyici mühitdəki çətinliklərə və imkanlara qərarlı bir cavabdır " ifadələri istifadə edildi.
Xarici investorlara səhm satışlarının 24 iyuna qədər tamamlanacağının bildirildiyi açıqlamada, xarici səhmlərin sahiblik nisbətinin 2014-ci ilin birinci rübündəki 9,5%-lik səviyyəsindən 11,8%-ə qaldırılacağı bildirildi.
Həmçinin verilən açıqlamada Qətər Əmri Şeyx Tamim Bin Hamad Al Saninin Deutsche Bankdan ikinci mərhələdə 300 milyon ədəd səhm alacağı bildirildi.
Bütün satınalmalardan sonra, Qətər Əmirliyinin Deutsche Bankın təxminən 6%-lik hissədarı olacağı düşünülür.
Günel Abduraxmanova / Banco.az