Müəllif: Gülnar Əhmədli, Banco.az
Qətərdən fiziki şəxslər tərəfindən 2024-cü ildə Azərbaycana 12 milyon 510 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2023-cü illə müqayisədə 59,6% (4 milyon 674 min dollar) çoxdur. 2023-cü ildə bu məbləğ 7 milyon 836 min dollara bərabər olub.
Qeyd edək ki, ötən il Qətərdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 1,2% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!