Qətər Venesuelanı milyardlara “bürüdü” | Banco.az

Qətər Venesuelanı milyardlara “bürüdü”

Venesuela hakimiyyəti qətərli həmkarlarını 2015-2016-cı illərdə bir neçə milyardlıq kredit verilməsinə razı sala biliblər. 

Bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib.

“Biz Qətərin ən vacib bankları ilə alyansı gücləndiririk. Bu bizi aşağı düşən neft gəlirlərini kompensasiya etmək üçün lazım olan "oksigenlə" təmin edəcək”. 

Onun sözlərinə görə Qətərin köməkliyi ilə 2015 və 2016-cı illərdə Venesuela büdcəsi bir neçə milyard dollar çoxalacaq. 

Xatırladaq ki, Qətər Maduronun kömək istədiyi neft istehsal edən ölkələrdən biridir. Bundan əvvəl Venesuela lideri Çin, Səudiyyə Ərəbistanı və İrana işguzər səfərlər edib.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et