Qətər, 2019-cu ilin Yanvar ayından 57 ildir üzvü olduğu Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxacağını açıqlayıb.
Ölkəsinin qərarını açıqlayan Qətərin Energetika Naziri Saad al-Kaabi, "OPEC-dən yanvardan çıxacağıq. Qərarımızı OPEC-ə bu səhər təqdim etdik. OPEC üzvü olmayan hər bir ölkə kimi bütün öhdəliklərimizə riayət etməyə davam edəcəyik" ifadələrini istifadə edib.
Al-Kaabi, Qətərin təşkilatdan çıxışının OPEC-in neft istehsalı qərarları üzərində "kiçik" bir təsiri olacağını bildirərək, "57 ildir ki, üzv olduğumuz OPEC-dən çıxmaq asan deyil" deyib.
Qeyd edək ki, Qətərin gündəlik neft hasilatı 600 min barel təşkil edir.
Marja.az