Müəllif - Aida İsaq, Banco.az
Yaxın gələcəkdə dünya bazarına, o cümlədən Avropaya qaz tədarükünü artırmağı hədəfləyən ölkələr siyahısna Qətər də qoşulmağa hazırlaşır.
Banco.az xəbər verir ki, bunu Davosda keçirilən dünya iqtisadi forumunda çıxışı zamanı Yaxın Şərq ölkəsinin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib. Onun sözlərinə görə, Qətərdə qaz təmiz və təhlükəsiz enerji mənbəyi hesab olunur. Bu isə yaxın bir neçə onilliyin enerji balansında ölkənin əhəmiyyətli rol oynamasını təmin edəcək. Nazir həmçinin enerji qıtlığının qarşısını almaq üçün sənayeyə investisiya cəlb etməyin vacibliyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!