Qətər baykota qarşı qızıl ehtiyatlarını gündəmə gətirdi | Banco.az

Qətər baykota qarşı qızıl ehtiyatlarını gündəmə gətirdi

Nəqliyyat blokadası və iqtisadi sanksiyalar nəticəsində ölkənin mindən artıq sakini və əcnəbi vətəndaş zərər çəkib. Qətər zərərləri kompensasiya etmək üçün müraciətləri qəbul edəcək xüsusi komissiya yaratmışdır. 

"Qətər qonşu ərəb ölkələrinin baykotundən çəkinmir və istənilən iqtisadi blokadaya qarşı dura bilər".  Banco.az portalı xəbər verir ki, bunu Qətər Milli Bankının rəhbəri Abdulla bin Səud Əl-Tani CNBC telekanalına müsahibəsində bildirib.

Ölkənin Baş Bankirinin sözlərinə əsasən, Mərkəzi Bankın 40 mlrd. dollar həcmində valyuta ehtiyatları və 300 mlrd. dollar həcmində qızıl ehtiyatları mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

"İstənilən şoka davamlılıq nümayiş etdirmək üçün bizim kifayət qədər vəsaitimiz, ehtiyatımız var. Bu isə bizim sistemimizin etibarlılığından xəbər verir", - deyə o bildirib.

Xatırladaq ki, iyun ayında Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Yəmən, Liviya, Maldiv, Mavriki, Qəmər adaları, Mavritaniya Qətəri terrorçuluğa dəstək verməkdə ittiham edib və bu ölkə ilə diplomatik əlaqələri kəsib.

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et